Belarus sürü qabiliyyətinə malik yeni PUA-nı təqdim edib

2025/05/1747722453.jpg
Oxunub: 342     11:00     20 May 2025    
Belarus “Chekan-V” kimi tanınan “Chekan” hücum tipli Pilotsuz Uçuş Aparatının (PUA) yenilənmiş versiyasını təqdim edib.

Ordu.az xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyi məlumat yayıb.

Belarus Müdafiə Nazirliyinin verdiyi məlumata görə, hazırlanmış PUA 7-10 ədəddən ibarət sürülər halında hərəkət edə və uzaqdan komanda ilə hücumlar həyata keçirə bilir.

PUA-lar, həmçinin operatorun daimi nəzarəti olmadan, müəyyən edilmiş missiyaya uyğun olaraq avtonom şəkildə fəaliyyət göstərə bilər.

“Chekan-V” 25 kilometrə qədər mənzilə və 45 dəqiqəyə qədər uçuş müddətinə malikdir. PUA-nın öz çəkisi 13 kiloqramdır və çəkisi 2,3 kiloqrama qədər olan döyüş başlığı daşıyır.

İlk dəfə 2021-ci ilin iyununda təqdim edilən PUA katapult tipli buraxılış sistemi ilə də buraxıla, kəşfiyyat və aşkarlama missiyaları, eləcə də hücum missiyaları üçün istifadə edilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Belarus   PUA  


Bizi "telegram"da izləyin