ABŞ-nin vitse-prezidenti: Tanqo rəqsi üçün iki nəfər lazımdır

2025/05/1747716806.jpg
Oxunub: 1113     01:21     20 May 2025    
ABŞ prezidenti Donald Tramp Rusiya və Qərbi bir-birinə olan əsaslı inamsızlığı aradan qaldırmaq üçün işləməyə çağırır.

Ordu.az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bəyan edib.

“Rusiya ilə Qərb arasında əsaslı inamsızlıq var. Bu, prezidentin düşündüyü şeylərdən biri, səmimi desək, axmaqlıqdır ki, biz keçmişin səhvlərindən irəli gedə bilməliyik”, - Vens bildirib.

O daha sonra fikrini belə davam etdirib: “Bununla belə, tanqo rəqsi üçün iki nəfər lazımdır. Mən bilirəm ki, prezident Tramp bunu etməyə hazırdır. Amma əgər Rusiya bunu etmək istəmirsə, biz son nəticədə deyəcəyik - bu bizim müharibəmiz deyil”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Rusiya   Qərb  


Bizi "telegram"da izləyin