Avropalı liderlər Rusiyaya qarşı sanksiya təzyiqlərini gücləndirmək barədə razılığa gəliblər

2025/05/1747716739.jpg
Oxunub: 545     00:23     20 May 2025    
ABŞ Prezidenti və Avropadakı tərəfdaşları Ukrayna münaqişəsinin tənzimlənməsi istiqamətində növbəti addımları razılaşdırıblar və Rusiyaya qarşı sanksiya təzyiqlərinin artırılacağını bildiriblər.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius məlumat verib.

“Onlar danışıqlar prosesini sıx şəkildə koordinasiya etmək və növbəti texniki görüşün keçirilməsinə nail olmaq barədə razılığa gəldilər. Bütün tərəflər Ukraynaya fəal dəstək verməyə hazır olduqlarını təsdiqlədilər. Avropa nümayəndələri Rusiyaya qarşı təzyiqlərin sanksiyalar vasitəsilə gücləndiriləcəyini bəyan etdilər”, – deyə Almaniya hökumətinin nümayəndəsi vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya   Sanksiya  


Bizi "telegram"da izləyin