Ukrayna Rusiya ilə memorandum imzalaya bilər

2025/05/1747716646.jpg
Oxunub: 604     00:12     20 May 2025    
Ukrayna münaqişənin nizamlanması üçün Rusiya ilə memorandum imzalaya bilər.

Ordu.az-ın məlumatına görə, bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığından sonra bildirib.

“İkitərəfli formatda müvafiq memorandum ola bilər. Bunun nəticəsində xəritə formalaşa, sonra isə iki tərəf arasında atəşkəs haqqında saziş bağlana bilər”, - deyə o bildirib.

Zelenski əlavə edib ki, gələcək memorandumun təfərrüatları hələlik ona məlum deyil:

“Əgər Rusiya tərəfi memorandum təklif edərsə, bizim tərəfimizdən müvafiq siqnalları aldıqdan sonra biz ruslardan memorandum və ya təkliflər alaraq öz baxışımızı formalaşdıra biləcəyik”.

Onun sözlərinə görə, ABŞ prezidenti bildirib ki, memorandum atəşkəsdən əlavə, gələcək nizamlanma planlarını formalaşdıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin