Zelenski: Rusiyanın Ukraynaya qarşı ərazi tələbləri müharibəni uzatmaq üçün bəhanədir

2025/05/1747321797.jpg
Oxunub: 987     23:59     19 May 2025    
Ukrayna prezidenti Volodimir Zelenski ABŞ rəhbəri Donald Tramp və Avropa liderləri ilə telefon danışıqlarında Rusiyanın ərazi tələblərinin müharibəni uzatmaq üçün bəhanə olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, bunu Zelenski Kiyevdə keçirdiyi birifinqdə deyib.

Onun sözlərinə görə, Tramp hesab edir ki, Rusiya kompromislərə hazırdır və onun üçün ən vacib məsələ Kiyevə və Moskva arasında birbaşa danışıqların başlamasıdır:

“Rusiyanın bu müharibəyə son qoymağa real hazır olduğunu nümayiş etdirməsi üçün ilk addım kimi atəşkəs rejimini görmək istərdim. Ukrayna ordusunun ərazilərimizdən çıxarılması heç vaxt baş verməyəcək. Biz bununla razılaşa bilmərik. Ərazi bütövlüyümüz məsələsi bizim qırmızı xəttimizdir”, - əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin