Ankara Rusiya-Ukrayna danışıqlarında sülhün əldə ediləcəyinə inanır

2025/05/1747394003.jpg
Oxunub: 464     14:56     16 May 2025    
İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının liderlər görüşünün təməlinin atılması baxımından vacibdir.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Türkiyə-Rusiya-Ukrayna görüşü zamanı açılış nitqində deyib.

Hakan Fidanın sözlərinə görə, Ankara konstruktiv müzakirələrlə sülhün əldə edilə biləcəyinə inanır. O qeyd edib ki, “Türkiyə müharibəni bitirmək və sülhə nail olmaq üçün öz səyləri ilə tərəflərin yanında olacaq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin