Sinaqpur daha 2 ədəd “Type 218SG” sualtı qayığı sifariş edib

2025/05/2025--1747289108.jpg
Oxunub: 362     15:51     23 May 2025    
Sinaqpur daha 2 ədəd “Type 218SG” sualtı qayığı sifariş edib.

Ordu.az xəbər verir ki, “ThyssenKrupp Marine Systems” (TKMS) Sinqapurun Müdafiə Elm və Texnologiya Agentliyi (DSTA) tərəfindən Sinqapur Hərbi Dəniz Qüvvələrində (RSN) xidmətdə olan, “Invincible” sinfi kimi tanınan 2 əlavə “Type 218SG” sualtı qayığının inşası üçün müqavilə imzaladığını açıqlayıb.

Sifariş RSN-nin “Invincible” sinfinə məxsus sualtı qayıqlarının ümumi sayını 6-ya çatdıracaq. Bu çərçivədə ilk 2 sualtı qayıq 2024-cü ilin sentyabrında xidmətə daxil olub.

“Type 218SG” dizaynı TKMS-in ixrac yönümlü “Type 214” sualtı qayığının törəməsidir, bəzi dizayn xüsusiyyətləri (məsələn, dayaz sahil sularında təkmilləşdirilmiş manevr qabiliyyəti üçün X formalı sükan bölməsi) “Type 212” dizaynından götürülüb.

ESD-nin məlumatına görə, “Type 218SG” 6,3 metr enə, 70 metr uzunluğa malikdir. 2200 ton subasımı qabiliyyətinə malik sualtı qayıq səthə çıxdıqda təqribən 10 düyün (19 km/saat), su altında qaldıqda isə 15 düyün (28 km/saat) sürətə çata bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sinaqpur   Type-218SG  


Bizi "telegram"da izləyin