Ordu.az xəbər verir ki, protokol çərçivəsində MKE işçilərinin KBRN sahəsində ixtisaslaşmaq üçün təhsil alması nəzərdə tutulur.
Türkiyə KBRN Müdafiə və Təhlükəsizlik Briqada Komandanlığı Konyada fəaliyyət göstərir.
İmzalanma mərasimində MKE adından baş direktor İlhami Keleş və briqada komandanlığı adından briqada komandiri polkovnik Yusuf Uysal iştirak edib. Tərəflər bu əməkdaşlığın uzunmüddətli perspektivdə hər iki quruma mühüm töhfələr verəcəyinə inandıqlarını bildiriblər.
MKE bu yaxınlarda KBRN məsələlərinə yenidən əhəmiyyət verərək, yeni nəsil maskalar istehsalına başlayıb.
MKE müdafiə sənayesi sahəsində qlobal əməkdaşlığı inkişaf etdirmək hədəfinə uyğun olaraq mühüm diplomatik və ticarət əlaqələri qurub.
Sevinc Əliyeva
Ordu.az