Fransa Cənubi Kiprə 12 ədəd “Sherpa Station Wagon” zirehli vasitəsi tədarük edəcək

2025/05/1747038218.jpg
Oxunub: 488     22:57     25 May 2025    
Fransa şirkəti “Arquus” Cənubi Kiprə 12 ədəd “Sherpa Station Wagon” zirehli vasitəsi tədarükü üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, avtomobillər MBDA tərəfindən hazırlanan “Akeron MP” raketi ilə təchiz olunacaq və tədarüklər ikitərəfli müdafiə əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

Yunanıstanın paytaxtı Afinada keçirilən DEFEA 2025 müdafiə sərgisi zamanı verilən açıqlamaya görə, Fransa Silahlanma Baş İdarəsi (DGA) ilə Cənubi Kipr Müdafiə Nazirliyi arasında imzalanan müqavilə qurudan müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır.

Avtomobillərin tədarükü ilə yanaşı, “Arquus” “Akeron MP” raketlərinin “Sherpa” zirehli platformasına inteqrasiyasına da cavabdeh olacaq.

Bu çatdırılma Cənubi Kipr prezidenti Nikos Kristodoulidis və Fransa prezidenti Emmanuel Makron arasında əvvəlki görüşlərdən sonra başlayan təmasların davamı olaraq elan edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Fransa   Cənubi-Kipr  


Bizi "telegram"da izləyin