Niderland kəşfiyyatının hesabatı: Rusiya bir ildən sonra yeni müharibəyə hazır olacaq

2025/05/1747037665.jpg
Oxunub: 556     21:29     25 May 2025    
Niderland Ukraynada müharibə bitdikdən sonra bir il ərzində öz imkanlarını bərpa edə biləcəyinə inanaraq, Rusiya ilə mümkün münaqişəyə hazırlaşır.

Ordu.az xəbər verir ki, Niderland hərbi kəşfiyyat agentliyi MIVD-nin direktoru vitse-admiral Peter Risink ölkəsinin hazırladığı kəşfiyyat hesabatının təfərrüatlarını açıqlayıb.

Kəşfiyyat agentliyinin rəhbəri Rusiya ilə Çin arasında geosiyasi, iqtisadi və hərbi əlaqələrin dərinləşməsi, eləcə də Avropa üçün artan risklər barədə xəbərdarlıq edib.

Kəşfiyyat xidməti illik hesabatında Çin və Rusiyanın Niderland və digər Avropa ölkələrinə qarşı hibrid hücumlarının artdığını bildirib.

Məsələn, 2024-cü ildə bir rus haker qrupu dövlət qurumunun rəqəmsal idarəetmə sisteminə hücum edib və ölkənin həyati vacib infrastrukturuna təxribat hazırlamaqla bağlı kiber əməliyyat da aşkar edilib, lakin bu əməliyyat uğursuz olub.

Kəşfiyyat hesabatına görə, Ukrayna ilə müharibə başa çatarsa, mövcud istehsal templəri və müharibə üçün siyasi iradənin saxlanılması şərti ilə Rusiya bir il ərzində yeni münaqişəyə hazır ola bilər.

Bildirilib ki, bu təhdidlər qarşısında digər NATO ölkələri kimi Niderland da müdafiə hazırlıqlarını artırır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Ukrayna   Rusiya  


Bizi "telegram"da izləyin