Rumıniyada hərbi laboratoriyada partlayış nəticəsində bir nəfər ölüb

2025/04/1745939464.jpg
Oxunub: 451     18:43     29 Aprel 2025    
Buxarestdə döyüş sursatları və silahların sınağının aparıldığı hərbi laboratoriyada baş verən partlayış və yanğın nəticəsində ən azı bir nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə “Antena 3” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təkrar partlayış riski mövcuddur. Hadisənin səbəbləri barədə məlumat verilmir, xilasetmə xidmətlərinin əməkdaşları hadisə yerində işləyir.

Rumıniya polisi partlayışın baş verdiyi ərazini mühasirəyə alıb və hadisənin səbəblərini müəyyənləşdirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rumıniya   Partlayış  


Bizi "telegram"da izləyin