Macarıstan parlamenti BCM-dən çıxmaqla bağlı qanun layihəsini təsdiqləyib

2025/04/6810b-1745927051.jpg
Oxunub: 450     15:35     29 Aprel 2025    
Macarıstanın birpalatalı parlamenti ölkənin Beynəlxalq Cinayət Məhkəməsindən (BCM) çıxması haqqında qanun layihəsini təsdiqləyib.

Ordu.az-ın TASS-a istinadən verdiyi məlumata görə, qanunvericilik orqanının saytında yayımlanan səsvermə zamanı müvafiq sənədi deputatların üçdə ikisindən çoxu dəstəkləyib.

Sənədi parlamentdə təqdim edən Macarıstan XİN başçısı Peter Siyarto bildirib ki, son illərdə BCM güclü şəkildə siyasiləşdirilib və müxtəlif dövlətlər tərəfindən beynəlxalq münaqişələrdə öz məqsədlərinə çatmaq üçün istifadə olunmağa başlayıb.

"Macarıstan hesab edir ki, siyasət və geosiyasətin beynəlxalq təşkilatlarda yeri yoxdur", - nazir deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   BCM  


Bizi "telegram"da izləyin