Erməni politoloq: “Paşinyan indiki ABŞ administrasiyası, Rusiya və Çin üçün qəbuledilməzdir”

2025/04/1745919403.jpg
Oxunub: 491     15:35     29 Aprel 2025    
“Ermənistanın hazırkı Baş naziri və deməli, Ermənistan xarici təcrid vəziyyətindədir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan öz səhifəsində yazıb.

Onun sözlərinə görə, Paşinyan indiki ABŞ administrasiyası, Rusiya və Çin üçün qəbuledilməzdir.

“Avropa İttifaqına (Aİ) doğru “gedən” Baş nazir hətta Azərbaycanla münasibətlərini quran Aİ üçün də qeyri-ciddi tərəfdaşdır. Təbii müttəfiqi olan İran Ermənistanın indiki siyasətinə baxmayaraq, sırf geosiyasi səbəblərə görə münasibətləri saxlamağa məcburdur. Klounun hakimiyyətinin hər günü bizim varlığımıza meydan oxuyur”, - deyə Danielyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   ABŞ   Rusiya   Çin  


Bizi "telegram"da izləyin