Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın İrandakı səfirliyinin bəyanatında bildirilib.
"Alov nəzarət altına alınıb, fövqəladə vəziyyət rejimi milli səviyyədən regional səviyyəyə endirilib. Demək olar ki, iş sona yaxınlaşır", - məlumatda qeyd edilib.
Xatırladaq ki, limanda güclü partlayış aprelin 26-da baş verib. Rusiya Fövqəladə Hallar Nazirliyi yanğının nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə “Be-200ÇS” və “İl-76” təyyarəsini göndərib.
Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.
Ordu.az