Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub

2025/04/1745644793.jpg
Oxunub: 890     08:55     29 Aprel 2025    
Yeni Dehli ilə İslamabad arasında gərginlik fonunda Hindistan-Pakistan sərhədində atəşkəs ardıcıl beşinci gecədir pozulub.

Ordu.az xarici mətbuata istinadən xəbər verir ki, tərəflərin heç biri itkilər barədə məlumat yayıb.

Bu arada “Economic Times” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb ki, Hindistan öz hava məkanını və limanlarını Pakistan üçün qadağan etməyi düşünür.

Belə olan halda Pakistan Cənub-Şərqi Asiyadakı istiqamətlərə çatmaq üçün təyyarələrin marşrutunu Çin və ya Şri-Lanka üzərindən dəyişməli olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin