Argentina hakimiyyəti ölkəyə qaçan nasistlərlə bağlı dosye dərc edib

2025/04/1745902583.jpg
Oxunub: 927     09:43     29 Aprel 2025    
Argentina hökuməti İkinci dünya müharibəsindən sonra Cənubi Amerika ölkəsinə qaçan nasistlərlə bağlı məxfi sənədləri açıqlayıb.

Ordu.az xəbər verir ki, hökumət saytında 7 dosyedə toplanmış 1850-dən çox sənəd dərc edilib.

Burada konsentrasiya düşərgəsində məhbuslar üzərində təcrübələr aparan həkim Yozef Mengele haqqında Argentina kəşfiyyatının hazırladığı dosye də mövcuddur.

Sənədlərdə İsrail kəşfiyyatının əməliyyatı nəticəsində Argentinadan qaçırılan Adolf Eyxman, konsentrasiya düşərgəsinin gözətçisi Edvard Roşman və “Gestapo” zabiti Valter Kuçman haqqında da məlumatlar var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Argentina   Nasistlər  


Bizi "telegram"da izləyin