Rusiya prezidentinin köməkçisi BMT-də islahatların aparılmasını mümkün hesab edib

2021/08/nikol-1629349054.jpg
Oxunub: 353     08:06     29 Aprel 2025    
Birləşmiş Millətlər Təşkilatında, o cümlədən onun Təhlükəsizlik Şurasında dəyişən dünya nizamını nəzərə almaq üçün islahatlar aparıla bilər.

Ordu.az xəbər verir ki, bunu “TASS”a müsahibəsində Rusiya prezidentinin köməkçisi və Dəniz Kollegiyasının rəhbəri Nikolay Patruşev deyib.

“Qərblilər qəti şəkildə etiraf etmək istəmirlər ki, dünya onların ssenarilərinin əksinə olaraq transformasiyaya uğrayır. Birqütblü Qərbmərkəzli dünya öz faydalılığını itirib, çoxqütblülük yaranır. Biz BMT-də islahatların aparılmasını yeni dünya nizamı prosesinin məntiqi nəticəsi hesab edirik. Təşkilatın Təhlükəsizlik Şurası bütün dünya birliyinin maraqları nəzərə alınmaqla dəyişdirilə bilər”, - deyə o vurğulayıb.

Patruşev qeyd edib ki, de-fakto iqtisadi və siyasi gündəmi artıq qlobal əksəriyyəti təmsil edən və fikirlərinə Qərb tərəfindən uzun illər məhəl qoymayan ölkələr formalaşdırır.

Rusiya prezidentinin köməkçisi qeyd edib ki, BRİKS və ŞƏT assosiasiyalarının populyarlığı artır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   BMT  


Bizi "telegram"da izləyin