İrandakı partlayışda ölənlərin sayı 70 nəfərə çatıb - YENİLƏNİB

2025/04/1745758540.jpg
Oxunub: 609     21:46     28 Aprel 2025    
İranın cənubunda yerləşən Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb.

Ordu.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə əyalət qubernatoru yanında fövqəladə hallar idarəsinin rəisi Mehrdad Həsənzadə bildirib.

Onun sözlərinə görə, 138 nəfər hələ də xəstəxanadadır və onlara yardım göstərilir. Bundan başqa, 1072 yaralıya lazımi tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

Bildirilib ki, yanğınsöndürmə işləri yekunlaşıb.

Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Hadisə nəticəsində bir neçə kilometr radiusda binaların pəncərələri qırılıb. İranın hakimiyyət orqanları faktla bağlı təhqiqata başlamaq göstərişi verib.

***

İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış nəticəsində ölənlərin sayı 65 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə Hörmüzqan vilayətinin valisi bildirib.

Onun sözlərinə görə, yanğının qarşısı alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Partlayış  


Bizi "telegram"da izləyin