Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib

2025/02/1740457161.jpg
Oxunub: 377     15:19     28 Aprel 2025    
Rusiya Prezidenti Vladimir Putin Qələbənin 80-ci ildönümü günlərində atəşkəs elan edib.

Ordu.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Bildirilib ki, Putinin qərarına əsasən, Rusiya Federasiyası mayın 8-i səhər saat 7:00-dan mayın 11-i saat 00:00-a qədər atəşkəs elan edir.

Qeyd olunub ki, Rusiya Federasiyası Ukrayna ətrafındakı vəziyyətlə bağlı beynəlxalq tərəfdaşlarla konstruktiv qarşılıqlı fəaliyyətə hazırdır.

"Rusiya hesab edir ki, Ukrayna tərəfi Qələbə gününə qədər atəşkəs rejiminə qoşulmalıdır. Rusiya Silahlı Qüvvələri Qələbənin 80-ci ildönümündə Ukrayna tərəfindən atəşkəs rejiminin pozulması halında adekvat və effektiv cavab verəcək" , - Kremlin yaydığı bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Putin   Atəşkəs  


Bizi "telegram"da izləyin