Ordu.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə XİN-in bu gün yaydığı məlumatda bildirilib.
"Son vaxtlar xeyli fəallaşan Rusiya-ABŞ siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib", - məlumatda qeyd olunub.
Həmçinin bir sıra digər beynəlxalq məsələlərə də toxunulub.
"Bütün səviyyələrdə əlaqələrin davam etdirilməsi barədə razılıq əldə olunub", - məlumatda bildirilib.
Ordu.az