Sergey Lavrov Marko Rubio ilə telefonla danışıb

2025/04/1745817338.jpg
Oxunub: 572     09:14     28 Aprel 2025    
Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Marko Rubio ilə telefonla danışıb.

Ordu.az Rusiya XİN-ə istinadən xəbər verir ki, telefon danışığı zamanı intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib

Lavrov və Rubio əsas diqqəti Ukrayna böhranına yönəldiblər. Ukraynada uzunmüddətli sülhə gedən yolda razılığa gəlməkdən ötrü danışıqlar üçün ilkin şərtlərin birləşdirilməsinin vacibliyini vurğulayıblar.

"Son zamanlar xeyli intensivləşmiş Rusiya-Amerika siyasi dialoqunun əsas aspektləri üzrə məhsuldar fikir mübadiləsi davam etdirilib. Əsas diqqət Ukrayna böhranı mövzusuna yönəldilib. Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uiitkoff arasında aprelin 25-dəki söhbətdən sonra Lavrov və Rubio uzunmüddətli davamlı sülhə doğru etibarlı yolun razılaşdırılması məqsədi ilə danışıqlara başlamaq üçün yaranan ilkin şərtlərin möhkəmləndirilməsinin vacibliyini vurğulayıbar. Telefon danışığı zamanı bir sıra digər beynəlxalq məsələlərə də toxunulub. Bütün səviyyələrdə təmasların davam etdirilməsi razılaşdırılıb", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Rubio  


Bizi "telegram"da izləyin