İsrail Livanda “Hizbullah”ın radikal üzvünü zərərsizləşdirib

2024/11/1732856593.jpg
Oxunub: 460     19:07     27 Aprel 2025    
İsrail hərbçiləri Livanın cənubundakı Xalta yaşayış məntəqəsinə hava hücumu təşkil edərək, radikal “Hizbullah” hərəkatının yaraqlısını öldürüb.

Ordu.az xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusunun Mətbuat xidməti məlumat yayıb.

"Bazar günü səhər saatlarında İsrailin Müdafiə Ordusu Halta bölgəsinə zərbələr endirib və "Hizbullah" terrorçusunu məhv edib", - məlumatda deyilir.

İsrail Ordusunun məlumatına görə, öldürülən radikal "Hizbullah”ın Halta bölgəsində mövcudluğunu bərpa etmək cəhdlərində iştirak edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Hizbullah  


Bizi "telegram"da izləyin