Qətər HƏMAS-İsrail yaxınlaşmasında irəliləyiş görür

2025/04/1745771656.jpg
Oxunub: 522     18:33     27 Aprel 2025    
Qətər İsrail və Fələstinin HƏMAS hərəkatının Qəzza zolağında atəşkəs razılaşmasına qayıtması istiqamətində irəliləyiş görür.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani bildirib.

"Biz aprelin 24-də tərəflərin atəşkəs danışıqları ilə bağlı mövqelərinin yaxınlaşdırılmasında müəyyən irəliləyiş olduğunu qeyd etdik”, - o deyib.

XİN rəhbəri tərəflərin mövqelərini şərh edərək, HƏMAS-ın İsrailin rədd edə biləcəyi şərtlərlə məhbusların əvəzində bütün girovları azad etməyə hazır olduğunu açıqlayıb.

Nazirin sözlərinə görə, İsrail Qəzzada müharibəni dayandırmaq perspektivi olmadan bütün girovları azad etmək istəyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qətər   HƏMAS  


Bizi "telegram"da izləyin