ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

2025/03/1741503808.jpg
Oxunub: 499     03:48     27 Aprel 2025    
Amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdırlar.

Ordu.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem öz “X” hesabında deyib.

O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ikipartiyalı qanun layihəsi təqdim etdiyini bildirib. Sənədin artıq 60-a yaxın həmmüəllifi var.

Qrem qeyd edib ki, söhbət Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqindən gedir.

"Senat bu istiqamətdə hərəkət etməyə hazırdır və əgər Rusiya şərəfli, ədalətli və davamlı sülhü qəbul etməsə, bunu böyük səs çoxluğu ilə edəcək", - senator vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin