Ordu.az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Zelenski görüşün yekunları üzrə özünün Telegram kanalında bildirib.
Zelenski qeyd edib ki, AK rəhbəri ilə görüş müsbət ruhda keçib və ukraynalıların həyatının qorunmasına, təhlükəsizliyin bərpasına və qeyd-şərtsiz atəşkəsin yaxınlaşmasına kömək edəcək addımlara həsr olunub.
"Aİ-nin 17-ci sanksiyalar paketinin hazırlanmasına xüsusi diqqət yetirilib. Onun Rusiya iqtisadiyyatının əsas sektorlarına yönəldilməsi və sülhün bərpası üçün Rusiyaya təzyiq elementlərindən birinə çevrilməsi vacibdir", - Ukrayna prezidenti vurğulayıb.
Həmçinin, onun sözlərinə görə, Avropa Komissiyasının rəhbəri ilə görüşdə xüsusilə Ukrayna ilə Aİ arasında əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
Ordu.az