Ordu.az xəbər verir ki, bunu “Ənsar Allah” hərəkatının Sənada yaratdığı hökumətin xarici işlər və mühacirlər naziri Camal Əmir “X” sosial şəbəkəsində bildirib.
“Dünən Amerikanın reydləri Ras-İsa limanında neft yükünün boşaldılmasının qarşısını almağa yönəlib. Nəticədə Rusiya vətəndaşı olan üç dənizçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar - Roman Kaşpor, İqor Kazaçenko və Artem Vanindir”, - deyə o əlavə edib.
Nəşrdə gəminin hansı bayraq altında üzdüyü və Rusiya neftini daşıyıb-daşımadığı göstərilmir.
Ordu.az