Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Simulyatorlar aşağıdakı xüsusiyyətlərə malik olacaq:
– Səviyyə D sertifikatı (ən yüksək səriştə standartı)
– ANAC (Braziliya Mülki Aviasiya İdarəsi) təsdiqi
– Ən son “Helionix” avionik konfiqurasiyası
– OEM məlumat paketləri
Yeni simulyatorlar 2015-ci ildən Rio-de-Janeyroda fəaliyyət göstərən “Airbus Helicopters Simulation Academy”nin effektivliyini artıracaq.
Akademiyada təxminən 600 tələbəyə 7500 saatdan çox simulyasiya təlimi təklif olunub.
Bazar proqnozları növbəti onillikdə Latın Amerikasının enerji sektorunda 40-dan çox yeni orta ölçülü helikopterə tələbatın olduğunu göstərir. Bu, mövcud regional parkı iki dəfə artıracaq.
Sevinc Əliyeva
Ordu.az