Ordu.az xəbər verir ki, bu, “flyadeal”ın ilk geniş gövdəli təyyarə sifarişidir.
Razılaşma “Airbus”un Tuluzadakı obyektlərində baş tutub.
“Saudia Group”un baş direktoru İbrahim Əl-Ömər razılaşma ilə bağlı deyib:
“Bu saziş parkımızı modernləşdirmək və genişləndirmək üçün iddialı strategiyamızda mühüm mərhələni təmsil edir. Bu, ötən il 105 təyyarə üçün “Airbus” ilə bağlanmış tarixi razılaşmaya əsaslanır. Bu addım 2030-cu ilə qədər 250 istiqaməti birləşdirməyi, 330 milyondan çox sərnişin və 150 milyon turistin səyahətini asanlaşdırmağı hədəfləyən “Saudi Vision 2030” proqramına uyğundur”.
“Airbus”ın satış üzrə vitse-prezidenti Benua de Sent-Ekzyuperi isə açıqlamasında deyib:
“Saudia Group”un “flyadeal” üçün “A330neo” sifarişi Krallığın uzun məsafəli bazarlara genişlənmək üzrə aviasiya ambisiyasını inkişaf etdirir. “A330neo”nun səmərəliliyi, universallığı və sərnişin təcrübəsi “Saudia Group”un strateji böyüməsini dəstəkləyəcək və qlobal aviasiya lideri kimi mövqeyini möhkəmləndirəcək”.
Qeyd edək ki, 2024-cü ilin may ayında “Saudia Group” “flyadeal” üçün 54-ü “A321neo” olmaqla, 105 “Airbus” təyyarəsi sifariş edib. Hazırda “flyadeal” 37 ədəd A320 ailəsinə aid təyyarə parkı ilə, “Saudia” isə 93 ədəd A320 ailəsi və A330 təyyarəsi ilə işləyir.
2025-ci ilin mart ayına olan məlumata görə, A330 ailəsi 130-dan çox müştəridən 1800-dən çox sifariş alıb.
Sevinc Əliyeva
Ordu.az