ABŞ Dəniz Piyadaları Korpusunun MQ-9A PUA-ları 1000 uçuş saatını geridə qoydu

2025/04/1745645280.jpg
Oxunub: 497     11:51     27 Aprel 2025    
ABŞ Dəniz Piyadaları Korpusu təlimlər və silah təlimatçı kurslarında MQ-9A Pilotsuz Uçuş Aparatları (PUA) ilə 1000 uçuş saatını geridə qoyub.

Ordu.az xəbər verir ki, “General Atomics Aeronautical Systems, Inc.” (GA-ASI) bu mərhələnin Dəniz Piyadaları Korpusu və GA-ASI personalı arasında birgə əməliyyatlar nəticəsində əldə edildiyini açıqlayıb.

Həmçinin bildirilib ki, bu, platformanın Dəniz-Hava-Quru Missiya Qrupu (MAGTF) əməliyyatlarına inteqrasiyasını nümayiş etdirir.

GA-ASI prezidenti Devid R. Aleksandr mövzu ilə bağlı açıqlamasında bildirib: “1000 uçuş saatına çatmaq MQ-9A platformasının etibarlılığına və uyğunlaşmasına sübutdur. Bu nailiyyət əməkdaşlığın gücünü və MQ-9A-nın MAGTF-nin missiyaya hazırlığını dəstəkləməkdə oynaya biləcəyi kritik rolu vurğulayır”.

Qeyd edək ki, 17 ədəd MQ-9A ABŞ Dəniz Piyadaları Korpusuna təhvil verilib. İlin sonuna qədər daha 3 PUA tədarükü gözlənilir. Təlimlər MQ-9A-nın davamlı ISR (kəşfiyyat-nəzarət-aşkarlama) təmin edilməsində və paylanmış əməliyyatlar üçün sensor əhatə dairəsinin genişləndirilməsində rolunu təsdiqləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA   MQ-9A  


Bizi "telegram"da izləyin