Ordu.az xəbər verir ki, bu barədə “Forbes” məlumat yayıb.
“Forbes”in hərtərəfli araşdırmasına görə, bu, ABŞ hərbi tədarük zəncirində ciddi zəiflik yaradır.
Araşdırma göstərir ki, hətta Pentaqonla müqavilə bağlayan bəzi şirkətlər Çin istehsalı olan kritik komponentlərdən istifadə etməyə davam edir.
“Mach Industries”in tanıtım videosunda “Viper” PUA modelində Çin istehsalı olan hissələrin nümayişi zamanı bu zəif nöqtə bir daha üzə çıxıb.
Bu hadisə onu göstərir ki, ABŞ-nin müdafiə texnologiyaları üçün yerli və etibarlı tədarük zənciri qurmaq səylərinə baxmayaraq, sektorda Çindən struktur asılılığı davam edir.
“Drone Industry Insights UG” məlumatlarına görə, Çin qlobal kommersiya PUA-sı bazarının təxminən 90%-nə nəzarət edir. Bu üstünlük gövdələrdən tutmuş batareyalara, kameralardan rabitə sistemlərinə qədər bir çox kritik komponentləri əhatə edir.
Sevinc Əliyeva
Ordu.az