ABŞ ordusu Hind-Sakit Okean regionunda İDP-ləri sınaqdan keçirir

2025/04/1745312964.jpg
Oxunub: 566     19:49     26 Aprel 2025    
ABŞ Ordusu Hind-Sakit Okean regionunda genişmiqyaslı birgə təlim təşəbbüsü zamanı İnsansız Dəniz Platformalarını (İDP) sınaqdan keçirir və avtonom sistemlərin dəniz əməliyyatlarına inteqrasiyasında irəliləyiş əldə edir.

Ordu.az xəbər verir ki, “Project Convergence Capstone 5” (PC-C5) çərçivəsində həyata keçirilən təlim zamanı mətbuata əks olunan görüntülərdə ABŞ ordusunun İDP-lərdən istifadə etdiyi görüntülənib.

ABŞ Ordusunun Gələcək Komandanlığına görə, İDP-lərin istifadəsi mürəkkəb mühitlərdə şəxsi heyət üçün riskləri azaltmaqla, əməliyyat səmərəliliyini artırmaq məqsədi daşıyır.

Təlim zamanı sınaqdan keçirilən İDP-lər qabaqcıl sensor inteqrasiyası, uzaqdan idarəetmə və real vaxt rejimində məlumat ötürmə qabiliyyətinə malik rəqəmsal sistemlərlə təchiz edilib.

ABŞ ordusunun verdiyi açıqlamada qeyd edilib: “Süni zəka və maşın öyrənməsinin inteqrasiyası bu platformalara dəyişən şərtlərə uyğunlaşmağa və tapşırıqları daha dəqiq yerinə yetirməyə imkan verir. Platformaların artan istifadəsi ordunu daha təhlükəsiz edir”.

PC-C5 təşəbbüsü adlanan proqram ABŞ-nin çoxmillətli müttəfiqləri və tərəfdaş qüvvələri üçün müxtəlif sahələrdə inkişaf etməkdə olan sistemləri sınaqdan keçirmək üçün nəzərdə tutulub.

Proqram iştirakçı ölkələr tərəfindən insansız imkanların davamlı sınaqları və inteqrasiyası vasitəsilə ordunun daha çevik, rəqəmsal olaraq əlaqəli qüvvəyə çevrilməsini sürətləndirməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İDP  


Bizi "telegram"da izləyin