ABŞ HDQ-yə məxsus “EA-18G Growler” təyyarəsinin 4 ədəd AGM-88 radiasiya əleyhinə raketi daşıdığı görüntülənib

2025/04/1745309854.jpg
Oxunub: 613     20:29     26 Aprel 2025    
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “EA-18G Growler” radioelektron hücum təyyarəsinin Yəməndəki Husi hədəflərinə qarşı əməliyyat zamanı 4 ədəd AGM-88 radiasiya əleyhinə raketi daşıdığı görüntülənib.

Ordu.az xəbər verir ki, bu yükləmə adətən iki raket daşıyan “Growler” üçün olduqca qeyri-adi bir konfiqurasiya kimi qeydə alınıb.

Görüntülərdə EA-18G-də AGM-88E Qabaqcıl Radiasiya Əleyhinə İdarə Olunan Raketi (AARGM) və ya köhnə nəsil AGM-88 HARM raketləri olduğu görünür.

Bu raketlər husilərin Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə qarşı istifadə olunur, xüsusi olaraq radarlar və sensorlar kimi radiasiya yayan hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.

EA-18G-lər adətən ikili AGM-88 raketləri ilə işləsə də, bu dördlü yüklənmə olduqca nadirdir. Digər stansiyalar adətən qarışdırıcı podlarla təchiz edilir. Bununla belə, bu cür yüksək tutumlu yüklər “Growler”lər və “Super Hornet”lərdə mümkündür.

“Growler”lərin AIM-120 AMRAAM raketləri ilə təchiz edilməsi onları husilərin pilotsuz uçuş aparatlarına qarşı effektiv hava hücumundan müdafiə vasitəsinə çevirib. Bu sistemlər, xüsusilə Qırmızı dənizdəki PUA təhdidlərinə qarşı istifadə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ   EA-18G-Growler  


Bizi "telegram"da izləyin