İran-ABŞ danışıqları vasitəçilərin iştirakı ilə keçiriləcək

2025/04/1745056317.jpg
Oxunub: 521     19:32     20 Aprel 2025    
İran və ABŞ arasında aprelin 23-nə planlaşdırılan ekspertlər səviyyəsində danışıqlar Omanda vasitəçilərlə keçiriləcək.

Ordu.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi parlamentinin milli təhlükəsizlik komitəsində çıxışı zamanı eyib.

“Danışıqların təfərrüatlarını müzakirə etmək üçün çərşənbə günü Maskatda vasitəçilərlə ekspert və texniki görüşlər keçiriləcək. Hazırda tərəflər danışıqların aparılması üçün ümumi prinsiplər hazırlayırlar”, - deyə o vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin