İsrail PUA-larının Livana endirdiyi zərbələr nəticəsində azı 7 nəfər ölüb

2024/12/1735017144.jpg
Oxunub: 587     19:18     20 Aprel 2025    
İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının (PUA) Livanın cənub bölgələrinə endirdiyi hava zərbələri nəticəsində azı yeddi nəfər həlak olub.

Ordu.az xəbər verir ki, bu barədə məlumatı "Lebanon 24" xəbər portalı yayıb.

Əldə olunan məlumatlara görə, hücumlar əsasən Nəbatiyə şəhəri və İqlim-ət-Tuffah dağlıq ərazilərinə yönəlib. Bu bölgələrdə "Hizbullah" qruplaşmasının bazalarının yerləşdiyi bildirilir. Hava zərbələri nəticəsində bir neçə nəfər yaralanıb, o cümlədən bir Livan hərbçisi də xəsarət alıb.

İsrail tərəfi hələlik bu hücumlarla bağlı rəsmi açıqlama verməyib. Lakin bölgədəki gərginlik fonunda bu cür hadisələrin artması müşahidə olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   PUA   Livan  


Bizi "telegram"da izləyin