Ordu.az xəbər verir ki, səfər zamanı Mərakeş tərəfi “K2 Black Panther” əsas döyüş tankı, “KSS-III” sinif sualtı qayıqlar və “Cheongung” hava hücumundan müdafiə sistemi ilə maraqlanıb.
Səfər Cənubi Koreya ilə artıq imzalanmış dəmiryolu müqaviləsinin davamı olaraq, strateji silah sistemlərinin də alınmasını əhatə edir. K2 tankı yüksək hərəkət və atəş gücünə malikdir və artıq Polşa, BƏƏ və Səudiyyə Ərəbistanı kimi ölkələr tərəfindən maraqla qarşılanır. “Cheongung-II” hava hücumundan müdafiə kompleksi isə döyüş təyyarələri və ballistik raketləri məhv etmək üçün nəzərdə tutulub və hazırda İraq və Körfəz ölkələrinə ixrac edilir.
KSS-III tipli sualtı qayıqlar Cənubi Koreyanın daxili imkanlarla inkişaf etdirdiyi və artıq müxtəlif beynəlxalq tenderlərdə iştirak edən 3 min tonluq dəniz platformasıdır. Mərakeş tərəfinin bu texnologiyalarla maraqlandığı və tədarük imkanlarını qiymətləndirdiyi rəsmi mənbələr tərəfindən təsdiqlənib.
Sevinc Əliyeva
Ordu.az