Almaniya “Eurofighter” Satışını Dayandırdı: Qərarın Simvolik Məna Daşıdığı Müzakirə Olunur

2025/04/1745058949.jpg
Oxunub: 1036     17:35     19 Aprel 2025    
Almaniyanın iqtisadiyyat qəzetlərindən olan “Handelsblatt”ın 17 aprel 2025-ci il tarixli xəbərinə görə, Almaniya İstanbul Böyükşəhər Bələdiyyə Başçısı və Cümhuriyyət Xalq Partiyasının (CHP) prezidentliyə namizədi olan Əkrəm İmamoğlunun həbsi səbəbilə, Türkiyəyə “Eurofighter” döyüş təyyarələrinin satışını əngəlləyib. Veto qərarının simvolik bir məna daşıya biləcəyi qeyd olunur, çünki hazırkı Şolts hökuməti 15 gün sonra vəzifəni təhvil verəcək.

Xəbərdə bildirilir ki, Alman hökuməti bu durumu “Türk demokratiyasına hücum” kimi qiymətləndirərək, satış prosesini dayandırmağa qərar verib.

Digər tərəfdən, veto qərarının simvolik ola biləcəyi vurğulanır, çünki Olaf Şoltsun başçılıq etdiyi hazırkı hökumət 15 gün sonra vəzifədən gedəcək. Gözlənilən yeni koalisiya hökumətinin – Xristian Birlik Partiyaları (CDU/CSU) və Sosial Demokratlar Partiyasının (SPD) – xüsusilə NATO müttəfiqləri ilə silah satışında daha çevik mövqe sərgiləyə biləcəyi proqnozlaşdırılır.

“Eurofighter” satış prosesi Almaniya kansleri Olaf Şoltsun 19 oktyabr 2024-cü ildə İstanbula etdiyi səfərlə birlikdə sürət qazanmışdı. Şolts satışın NATO ittifaqı çərçivəsində əhəmiyyətli olduğunu bildirərək, bu prosesi dəstəklədiklərini açıqlamışdı.

Kansler Şolts koalisiya daxilindəki narahatlıqları aradan qaldırmaq üçün ciddi səylər göstərmişdi. Danışıqlar nəticəsində döyüş təyyarələrinin satışına qarşı çıxan Yaşıllar Partiyasının idarə etdiyi Xarici İşlər və İqtisadiyyat Nazirlikləri də satışa razılıq vermişdi. Lakin İmamoğlunun həbsi bu irəliləyişlərin üzərindən xətt çəkdi.

Yeni Hökumətin Mövqeyi Maraqlıdır

“Handelsblatt” yazır ki, Türkiyəyə “Eurofighter” ixracatı may ayında vəzifəyə gələcək yeni koalisiya hökuməti üçün də çətinlik yaradacaq. CDU/CSU və SPD-nin ortaq şəkildə quracağı yeni hökumətin, silah ixrac icazələrini daha tez və koordinasiyalı şəkildə qiymətləndirmək niyyətində olduğu bildirilir. Bu yanaşmanın çoxmillətli istehsal proseslərinə sahib olan “Eurofighter” kimi sistemlərdə daha təsirli ola biləcəyi vurğulanır.

“Eurofighter” döyüş təyyarələri Almaniya, İtaliya, İspaniya və Böyük Britaniyanın daxil olduğu beynəlxalq konsorsium tərəfindən istehsal olunur. Yeni hökumətin Türkiyəyə qarşı daha çevik mövqe sərgiləyə biləcəyi də verilən şərhlər arasında yer alır.

Xəbərdə əlavə olunur ki, Xristian Birlik partiyalarının “Eurofighter” satışına SPD-yə nisbətən daha isti yanaşdığı qeyd edilir. Bu partiya, konsorsiumdakı digər ölkələrin maraqlarının da nəzərə alınmalı olduğunu müdafiə edir.

Digər tərəfdən, SPD-nin baş nazirliyə namizədi olan Fridrix Mersin Ərdoğanla görüşərək İmamoğlunun azadlığa buraxılması qarşılığında döyüş təyyarəsi satışını bir ticarət vasitəsi kimi istifadə etməyi təklif etdiyi iddia olunur.

Türkiyə 40 Ədəd “Eurofighter” Almaq İstəyir

Türkiyə isə döyüş təyyarəsi alışı prosesini davam etdirir. Milli Müdafiə Nazirliyi mart ayında verdiyi açıqlamada, Böyük Britaniyanın “Eurofighter” satışı üçün rəsmi təklif verdiyini bildirmişdi. Türkiyənin ümumilikdə 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsi almaq istədiyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Eurofighter  


Bizi "telegram"da izləyin