Ordu.az xəbər verir ki, “RapidDestroyer” adlanan sistem yüksək güclü radiotezliklərdən istifadə edərək, PUA-ların radioelektron komponentlərini uzaqdan söndürür.
Fransız müdafiə nəhəngi “Thales”in liderliyi ilə hazırlanan sistem ilk dəfə ictimaiyyətlə paylaşılan sınaqlarda diqqətəlayiq müvəffəqiyyət əldə edib.
Britaniya Müdafiə Nazirliyi bildirib ki, son sınaq zamanı 8 PUA-dan ibarət iki ayrı sürü zərərsizləşdirilib. Qeyd edilib ki, layihə çərçivəsində həyata keçirilən bütün sınaqlarda 100-dən çox PUA aşkar edilib, izlənilib və məhv edilib.
Hələ ilkin mərhələdə olan “RapidDestroyer” sistemi hazırda düz platformalı yük maşınının arxasında daşınır və əhəmiyyətli miqdarda enerji tələb edir. Bununla belə, ekspertlər bu texnologiyanın gələcək döyüş meydanlarında mühüm rol oynaya biləcəyini vurğulayırlar.
Sevinc Əliyeva
Ordu.az