Ordu.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib.
"Biz sizə məlumat verəcəyik. Hələlik qəbul edilmiş qərar barədə sizə məlumat verməyə hazır deyiləm", - D.Peskov jurnalistlərə bildirib.
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın arasında martın 18-də aparılan danışıqdan sonra Kreml Ukraynanın enerji obyektlərinə zərbələrə 30 günlük müvəqqəti moratoriumun tətbiq edildiyi barədə məlumat vermişdi.
Ordu.az