Ermənistan KİV-i: Müdafiə Nazirliyində ləğv edildi, DİN-də isə yox

2026/06/1781857590.jpg
Oxunub: 184     12:18     19 İyun 2026    
“Ermənistanda Müdafiə Nazirliyində nəzərdə tutulan mükafatların verilməsi dayandırıldığı halda, Daxili İşlər Nazirliyinin bəzi bölmələrinin əməkdaşlarına seçkilər ərəfəsində əlavə ödənişlərin verildiyi iddia olunur”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bir neçə həftə əvvəl müdafiə sistemində 28 May paradı və ümumdövlət seçkiləri ərəfəsində əməkdaşlara mükafatların verilməsinin planlaşdırıldığı barədə məlumat yayılıb.

Qəzet qeyd edir ki, həmin məlumatın dərc edilməsindən sonra bu proses dayandırılıb. Mənbələrin bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyində əməkdaşlara əvvəlcədən verilən vəd sonradan ləğv olunub.

“Daxili İşlər Nazirliyində isə vəziyyət fərqli olub. Məlumata əsasən, seçkilər ərəfəsində DİN-in bəzi bölmələrinin əməkdaşları mükafatlandırılıb. Mənbəmizin sözlərinə görə, bəzi əməkdaşlar bu ödənişləri “seçkiqabağı rüşvət” formasında verilən mükafat kimi qiymətləndirirlər”, - deyə qəzet yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin