Çinin Afrikada müdafiə hərəkəti: Birgə silahlar istehsal olunacaq

2025/04/1744795516.jpg
Oxunub: 679     16:54     19 Aprel 2025    
Nigeriyanın müdafiə üzrə dövlət naziri Bello Muhammad Matavalle Çin ilə strateji hərbi əməkdaşlığın genişləndirilməsini müzakirə etmək üçün “China North Industries Corporation”ın (NORINCO) nümayəndə heyəti ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Nigeriyanın Abuca şəhərində keçirilən görüş Nigeriyanın yerli müdafiə istehsalat bazasını gücləndirmək üçün 2024-cü ildə başlanan davamlı səylərin bir hissəsi olub.

Çinin müdafiə sənayesi istehsalçısı “China North Industries Corporation”ın Afrika və Amerika üzrə baş direktorunun müavini Tian Beinin rəhbərlik etdiyi NORINCO nümayəndə heyəti Nigeriya ilə qabaqcıl texnologiya transferi, işçi qüvvəsinin hazırlığı və müdafiə avadanlığı istehsalında yerlilik göstəricisinin artırılması kimi əsas sahələr üzrə razılaşmalar əldə edib.

Çinin yeni razılaşmaya əsasən Nigeriyada yerli silah istehsalı mərkəzi quracağı da bildirilib.

Matavalle qeyd edib ki, Nigeriya və NORINCO arasında artan əməkdaşlıq təkcə yerli müdafiə istehsalını artırmayacaq, həm də ölkənin müdafiə satınalma siyasətinin daha geniş şəkildə yenidən qurulmasını əhatə edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Afrika  


Bizi "telegram"da izləyin