ABŞ dəniz piyadalarına antidron silahları veriləcək

2025/04/1744439823.jpg
Oxunub: 368     11:35     16 Aprel 2025    
Sabit bazalarda Pilotsuz Uçuş Aparatlarına (PUA) qarşı müdafiəsini gücləndirən ABŞ Dəniz Piyadaları Korpusu yaxın vaxtlarda portativ antidron sistemlərinin prototiplərini təqdim edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

Bu sistemlər bütün dəniz piyadaları üçün hava hücumundan müdafiə təliminə qoyulan vurğunun artması ilə birlikdə, Korpusun PUA təhlükəsinin arxasınca necə getdiyinin bir hissəsidir.

Dəniz Piyadaları Korpusu təhlükəsizlik problemlərini əsas gətirərək, prototiplər haqqında çox az təfərrüat açıqlayıb.

Verilən açıqlamada bildirilib: “Əməliyyat təhlükəsizliyi məsələsi olaraq, dəqiq texnologiyalar müzakirə edilməyəcək, lakin tətbiq olunan müvəqqəti həll dəniz piyadalarına bölünmüş tərkibdə düşmənin kiçik PUA sistemlərini aşkar etməyə, izləməyə, müəyyən etməyə, kinetik və kinetik olmayan bir şəkildə məğlub etməyə imkan verəcək”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin