ABŞ HDQ tezliklə insanlı döyüş vasitələrini buraxa bilər

2025/04/1744275656.jpg
Oxunub: 577     16:00     29 Aprel 2025    
ABŞ Hərbi Dəniz Qüvvələri (HDQ) tezliklə insanlı döyüş vasitələrini buraxa bilər.

Ordu.az xəbər verir ki, bu barədə “Defense News” məlumat yayıb.

ABŞ HDQ-nin hava döyüş bölməsinin direktoru kont-admiral Maykl Donnelli bildirib ki, Donanmanın gələcək altıncı nəsil qırıcısı onun sonuncu pilotlu qırıcısı ola bilər.

Donnelli HDQ Assosiasiyasının Dəniz-Hava-Kosmos konfransında verdiyi açıqlamada qeyd edib ki, F/A-XX süni zəka və maşın öyrənməsi kimi yeni imkan və texnologiyaları əhatə edəcək.

Təkmilləşdirmələr daha çox döyüş məkanı məlumatlılığını təmin edəcək və dəniz aviatorlarının qərar qəbul etmə üsulunu təkmilləşdirəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HDQ  


Bizi "telegram"da izləyin