Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Qurum Samsun vilayətinin Çarşamba rayonuna 2 milyard lirə dəyərində böyük sərmayə qoymağa hazırlaşır.
Sözügedən investisiya Türkiyənin yerli və milli istehsal təşəbbüsünə strateji töhfələr verməyi hədəfləyir.
MKE baş direktoru İlhami Keleş və baş direktor müavini İrfan Özsert Samsun valisi Orhan Tavlını ziyarət edərək, sərmayə haqqında məlumat veriblər.
Verilən açıqlamada köhnə Çarşamba Şəkər Zavodu ərazisində müdafiə sənayesi istehsalı müəssisəsinin qurulacağı və təməlqoyma işlərinə başlanıldığı bildirilib.
Keleş fabrikin fəaliyyətə başlaması ilə bölgə iqtisadiyyatına birbaşa töhfə verəcəyini qeyd edib.
Sevinc Əliyeva
Ordu.az