Ərdoğan: "Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır"

2025/03/1741025278.jpg
Oxunub: 317     13:55     26 Mart 2025    
Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, vəzifələr müvəqqətidir, əsas olan insanların qəlbini qazanmaqdır:

"Biz cəmiyyətlə münasibətləri gücləndirməyə çalışdıqca bəzi qüvvələr buna xələl gətirməyə çalışırlar. Müxtəlif maskalar altında ölkəni istismar edənlərin iç üzlərini açmağımız bəzilərini daim narahat edib. Türkiyəyə və xalqına düşmənçilik bəsləyən çevrələr isə həmin qüvvələri öz məqsədləri üçün tam istifadə ediblər".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Türkiyə  


Bizi "telegram"da izləyin