Kreml Qaqauziya rəhbərinin saxlanmasına münasibət bildirib

2025/02/1738553782.jpg
Oxunub: 402     13:47     26 Mart 2025    
Kreml Qaqauziya rəhbəri Yevgeniya Qutsulun saxlanmasına münasibət bildirib.

Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moldova hakimiyyətinin Maya Sandunun rəqiblərinə açıq təzyiq üsullarından istifadə etdiyini söyləyib.

Onun sözlərinə görə, Moldova hakimiyyəti siyasi plüralizm və demokratiya prinsiplərinə məhəl qoymamaq taktikasını seçib.

"Kreml Qaqauziyanın rəhbəri Qutsulu həbs edən Moldova hakimiyyətinin hərəkətlərini qınayıb. Kişinyov bu cür üsullardan imtina etməlidir", - deyə Putinin sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Qaqauziya  


Bizi "telegram"da izləyin