Ordu.az xəbər verir ki, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Alibek Kuantırov bu gün jurnalistlərə açıqlamasında bildirib.
"Biz Ukrayna tərəfi ilə əlaqədəyik, bu məsələ (CPC-nin təhlükəsizliyi) ilə bağlı danışıqlar gedir", - A.Kuantırov qeyd edib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, martın 24-nə keçən gecə Ukrayna ordusu CPC-nin Krasnodar diyarındakı "Kropotkinskaya" neft nasos stansiyasına hücum etməyə cəhd göstərib, pilotsuz uçuş aparatı obyektdən yeddi kilometr məsafədə vurulub.
Ordu.az