Cənubi Avropa ölkələri Ursula fon der Leyenin borc əsaslı müdafiə planını rədd edir

2023/10/1697779260.jpg
Oxunub: 333     09:56     26 Mart 2025    
Cənubi Avropa dövlətləri Avropa Komissiyasının müdafiə xərclərini kreditlərə əsaslanaraq artırmaq planını rədd edirlər.

Ordu.az “Politico” nəşrinə istinadən xəbər verir ki, həmin ölkələr bu addımın borc yüklərini daha da artıracağından çəkinirlər.

Məlumata görə, Fransa, İtaliya və İspaniyanın başçılıq etdiyi bu müqavimət Komissiyanın Prezidenti Ursula fon der Lyayenin Avropanın hərbi muxtariyyətini gücləndirmə təşəbbüsünə əhəmiyyətli zərbə vurur.

Qeyd edək ki, Ursula fon der Lyayenin 150 milyard avro məbləğindəki kredit paketini ehtiva edən təklifi müdafiəyə yeni böyük investisiyaları açmağı və blokun (Aİ-nin) ABŞ müdafiəsindən asılılığını azaltmaq məqsədi daşıyırdı.

Lakin indiki durğunluq Brüsselin Avropadan Ukraynaya daha çox silah göndərmək planını təhlükə altında qoyur.

"Bəzi ölkələr bu səviyyələrdə borclanmanın mümkünlüyü barədə ciddi şübhələrə malikdirlər", - deyə yüksək səviyyəli Aİ diplomatı “Politico”ya bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Avropa    


Bizi "telegram"da izləyin