Tramp: “Tesla”ya hücumların arxasında Sorosun ola biləcəyinə inanıram

2023/05/1684126371.jpg
Oxunub: 408     07:09     26 Mart 2025    
ABŞ-də “Tesla”ya qarşı artan hücumların maliyyələşdirilməsinin arxasında sahibkar Corc Soros və digər liberal milyarderlər dayana bilər.

Ordu.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mühafizəkar “Newsmax” telekanalına müsahibəsində deyib.

Jurnalistlərdən birinin Soros və Demokratlar Partiyasına yaxın olan digər milyarderlərin İlon Maskın “Tesla”sına edilən hücumlarda əli olub-olmaması ilə bağlı sualına cavabında Tramp vurğulayıb:

“Bu iş adamlarından bəziləri mənə qarşı məhkəmə çəkişmələrində iştirak ediblər və yəqin ki, bu işdə də əlləri var. Bilirsiniz, İlon Mask həqiqətən yaxşı iş görüb. O, böyük sui-istifadələri, fırıldaqları və yanlış idarəetməni elə miqyasda ifşa edib. İnsanlar hətta işə gəlməyiblər, amma maaş alıblar. O qədər çoxdur ki, hamısını sadalaya bilmirəm”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Tesla   Soros  


Bizi "telegram"da izləyin