İsraildə məhkəmə hökumətin Ronen Barı vəzifəsindən azad etməsinə qadağa qoyub - YENİLƏNİB

2025/03/1742539375.jpg
Oxunub: 715     17:44     21 Mart 2025    
İsrail Ali Məhkəməsi Nazirlər Kabinetinin Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarına müvəqqəti qadağa qoyub.

Ordu.az-ın “The Times of Israel”-ə istinadən verdiyi xəbərə görə, Ronen Barın vəzifədən çıxarılmasına qarşı verilmiş vəsatətlərə məhkəmə baxana qədər qərar qüvvədə qalacaq.

Bəyanatda vəsatətlərə aprelin 8-dən gec olmayaraq baxılacağı bildirilib.

***

İsrail Nazirlər Kabineti Baş nazir Binyamin Netanyahunun Təhlükəsizlik Xidmətinin (Şin-bet) rəhbəri Ronen Barın vəzifəsindən azad edilməsi barədə qərarını dəstəkləyib.

Ordu.az-ın xəbərinə görə, bu barədə Baş nazirin dəftərxanası məlumat yayıb.

Bu, ölkə tarixində hökumətin Şin-bet rəhbərini vəzifəsindən azad etməsi ilə bağlı ilk belə haldır. Ronen Barın səlahiyyət müddəti aprelin 10-da, bu vaxta qədər yerinə təyinat olarsa, daha tez başa çatacaq.

Binyamin Netanyahu etimadını itirdiyi üçün Ronen Barı vəzifəsindən azad edəcəyini martın 16-da açıqlamış və bu, birmənalı qarşılanmamış, etiraz aksiyalarına yol açmışdı.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Şin-bet  


Bizi "telegram"da izləyin