ABŞ husilərin Sənadakı hədəflərini vurub

2025/03/1742406807.jpg
Oxunub: 476     21:50     19 Mart 2025    
ABŞ ordusu Yəməndə “Ənsar Allah” hərəkatının nəzarəti altında olan paytaxt Sənaya silsilə zərbələr endirib.

Ordu.az xəbər verir ki, bu barədə üsyançılara məxsus “Al Masirah” telekanalı məlumat yayıb.

İddiaya görə, ABŞ hərbçiləri əs-Saura bölgəsində tədbirlər üçün tikilən zala havadan hücum edib. Hücum nəticəsində binada yanğın başlayıb və yaxınlıqdakı tikililərə də ziyan dəyib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Husilər  


Bizi "telegram"da izləyin